Xəbərlər
ETİHİ-də kargüzarlıq sahəsində peşəkarlığın artırılması məqsədilə təlimlərə start verilib

ETİHİ-də kargüzarlıq sahəsində peşəkarlığın artırılması məqsədilə təlimlərə start verilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən kargüzarlığın təşkili və vətəndaş müraciətlərinə baxılması sahəsində peşəkarlığın artırılması məqsədilə təlimlərə start verilib.
Keçirilən təlimlərdə Respublika Komitəsinin, eləcə də Bakı şəhərində fəaliyyət göstərən rayon həmkarlar ittifaqı komitələrinin müvafiq sahə üzrə mütəxəssisləri iştirak edirlər. Ümumilikdə 17 nəfəri əhatə edən proqram 10 dərsdən ibarət olmaqla bir ay müddətində davam edəcək.
Təlimlərin əsas məqsədi iştirakçıların kargüzarlıq işinin səmərəli təşkili, sənəd dövriyyəsinin düzgün aparılması, eləcə də vətəndaş müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun, operativ və effektiv şəkildə baxılması istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsidir.


